Haqqımızda

İnkişafı irəli aparan bilik

2008-ci ildən tədqiqata əsaslanan məsləhət xidmətləri, bazar araşdırmaları, data analitika və təlimlər təqdim edən beynəlxalq konsaltinq şirkəti.

Tariximiz

2008-ci ildən

AR+TİM Consulting 2008-ci ildə təsis edilib və bu günədək müxtəlif ölkələrdə fəaliyyət göstərən şirkətlərə, idarəetmə qurumlarına və beynəlxalq təşkilatlara xidmət göstərir.

Yarandığımız dövrdən fəaliyyətimiz sosial-iqtisadi inkişaf, o cümlədən biznesin inkişafı sahəsində çətinliklərin aradan qaldırılması, potensialın gücləndirilməsi və yeniliklərin tətbiqi üçün nəzəri-metodoloji əsasların və mütərəqqi beynəlxalq təcrübələrin öyrənilərək konkret şəraitə uyğunlaşdırılması əsasında optimal həllərin tapılmasına yönəlib.

Bu gün şirkətin baş ofisi Londonda, regional ofisi Bakıda yerləşir, həmçinin Latviya, Polşa və ABŞ-da ofislərimiz var. Müxtəlif sahələri və regionları əhatə edən tədqiqatlar, biznes-məsləhət xidmətləri, məlumat bazalarının yaradılması və təhlili, bazar araşdırmaları və təlimlər üzrə bir çox uğurlu layihə həyata keçirmişik.

Fasiləsiz inkişafın yolu yeniliklərin mənimsənilməsi və tətbiqindən keçir!

AR+TİM Consulting

Missiya və strateji baxış

Missiyamız

Biznes subyektlərinə, idarəetmə qurumlarına və inkişaf institutlarına dərin tədqiqatlara əsaslanan məsləhət xidmətləri göstərməklə biliklərə əsaslanan iqtisadiyyatın formalaşmasını və innovativ biznes sektorunun inkişafını dəstəkləmək.

Strateji baxışımız

İnkişaf trendlərini və yenilikləri izləmək, təhlil etmək və proqnozlaşdırmaq əsasında müştərilərimizi elmi cəhətdən əsaslandırılmış biliklər, məsləhətlər, təklif və tövsiyələrlə təmin edən etibarlı beyin mərkəzi kimi tanınmaq.

Komandamız

İşimizin arxasındakı ekspertlər

Ekspert-məsləhətçi komandamız müvafiq istiqamətlərdə yüksək səviyyədə təhsil almış, elmi-tədqiqat işlərində və praktiki layihələrin həyata keçirilməsində (xarici ölkələrdə təlim və təcrübə də daxil olmaqla) böyük təcrübəyə malik, müasir tədqiqat metodologiyalarından və texnologiyalarından istifadə edərək mürəkkəb məsələlərin öhdəsindən gələn mütəxəssislərdən ibarətdir.

Yüksək ixtisaslı mütəxəssis
11
Elmlər doktoru
2
Fəlsəfə doktoru (PhD)
4
Ofis olan ölkə
5

Dəyərlərimiz

Əsas dəyərlərimiz

  • Müştəri yönümlülük

    Müştərilərin maraqlarını və tələblərini nəzərə alır, onların uğurunu əsas hədəf hesab edirik.

  • Dürüstlük və etik davranış

    Qanunlara, razılaşmalara, peşəkar etikaya və şəffaflığa riayət edirik.

  • Peşəkarlıq

    Dərin bilik və mütərəqqi praktiki təcrübəyə əsaslanan optimal həll yolları təqdim edirik.

  • Məsuliyyət və nəticə yönümlülük

    Qərarların və görülən işlərin nəticəsinə görə məsuliyyət daşıyır, ictimai maraqları nəzərə alır, sosial layihələrə dəstək oluruq.

  • Obyektivlik və müstəqillik

    Təhlil və qərarlarda qərəzsiz olur, xarici təsirlərdən asılı olmayaraq real mənzərəni qiymətləndiririk.

  • Komanda işi və əməkdaşlıq

    Mürəkkəb problemləri müxtəlif bilik və təcrübəyə malik ekspertlər və komandalarla birlikdə həll edirik.

  • İnnovativlik

    Yenilikləri izləyir, davamlı öyrənir və prosesləri təkmilləşdiririk.

  • Məxfilik

    Müştərilərin paylaşılmasını istəmədikləri məlumatların məxfiliyinə təminat veririk.

Kimlərlə işləyirik

Müştərilərimiz

Yanaşmamızı hər müştərinin miqyasına, sahəsinə və məqsədlərinə uyğunlaşdırırıq.

  • Biznes subyektləri

    Bazar biliklərinə, tədqiqat və təhlilə və ya dövlət tenderlərinə çıxışa ehtiyacı olan yerli və beynəlxalq şirkətlər.

  • Dövlət qurumları

    Tədqiqatlara, siyasət təhlilinə və etibarlı məlumatlara ehtiyacı olan nazirliklər və dövlət agentlikləri.

  • Beynəlxalq təşkilatlar

    Yerli ekspertizaya və keyfiyyətli icraya ehtiyacı olan inkişaf bankları, BMT qurumları və donor proqramları.

  • QHT-lər və assosiasiyalar

    Sosial-iqtisadi inkişaf sahəsində çalışan qeyri-hökumət təşkilatları və biznes assosiasiyaları.

Tərəfdaşlar

Əməkdaşlıq etdiyimiz təşkilatlar

AR+TİM Consulting və onun aparıcı məsləhətçi-ekspertləri aşağıdakı təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri yaratmış, onlarla birgə və ya onların sifarişi əsasında bir sıra uğurlu layihələr həyata keçirmişdir.

Beynəlxalq təşkilatlar

  • Dünya Bankı
  • Avropa İttifaqı
  • Asiya İnkişaf Bankı
  • BMT-nin İnkişaf Proqramı (UNDP)
  • BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)
  • Beynəlxalq Əmək Təşkilatı
  • Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD)
  • USAID
  • Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ)
  • ATƏT (OSCE)
  • KfW

Dövlət qurumları

  • İqtisadi İnkişaf Nazirliyi
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • Dövlət Statistika Komitəsi
  • Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)
  • İqtisadi Elmi Tədqiqat İnstitutu

QHT-lər və assosiasiyalar

  • Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası
  • Azərbaycan Mikromaliyyə Assosiasiyası
  • Müasir Təhsil və Təlimə Yardım Mərkəzi
  • Azərbaycan Marketinq Cəmiyyəti
  • Mülki Cəmiyyətə Doğru Mərkəzi

Şirkətlər

  • Foodcom S.A. (Polşa)
  • Waves SIA (Latviya)
  • Finre Consulting
  • QBS Consulting
  • SİAR
  • Azərbaycan Alüminium ASC

Sizə necə kömək edə biləcəyimizi öyrənmək istəyirsiniz?

Təşkilatınız və məqsədləriniz barədə qısa məlumat paylaşın — düzgün növbəti addımı təklif edək.

Bizimlə əlaqə